"Cavidə məhəbbətlə"

22 aprel 2015-ci il tarixində 245 nömrəli məktədəbdə "Cavidə məhəbbətlə" adı altında ədəbi gecə keçirildi. Tədbirdə Azərbaycan ədəbiyyatında romantizim banisi, böyük şair, dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs olundu. Məktəbin dil-ədəbiyyat müəllimləri Məmmədova Aynurun və Albuşova Sevincin rəhbərliyi ilə hazırlanan bədii gecə 7b və 7d sinif şagirdləri,10c sinifi şagirdi Məmmədov Murad və 5a sinif şagirdi Səfərova Aytac dahi sənətkarın şeirlərindən nümunələr səsləndirdilər. Dramaturqun "Ana", "Şeyx Sənan", "İblis ", "Topal Teymur" Əsərlərindən kicik səhnələr şagirdlərin ifasında nümayiş olundu. Tədbirdə məktəbin direktoru Ülviyyə İsmayılova, təşkilatı işlər üzrə müavin Rübabə Əhmədova, Uşaq birliyinin rəhbəri Aynur Abdullayeva, müəllimlər və şagirdlər iştirak etdilər. Bədii gecənin sonunda məktəbin direktoru Ü.İsmayılova və dil-ədəbiyyat müəllimiləri S.Salayeva tədbirin hazırlayan müəllimlərə və tədbirdə çıxış edən şagirdlərə öz təşəkkürlərini bildirdilər
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi