Açıq havada "Ali toxumlu bitkilər" mövzusunda dərs keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı tədbirlər planının 12.1 bəndini rəhbər tutaraq məktəbin biologiya müəllimi Sevinc Tatlıyeva aprelin 29-da 6 c sinif şagirdləri ilə hava şəraitinə uyğun olaraq açıq havada "Ali toxumlu bitkilər" mövzusunda dərs keçmişdir.

Məqsəd bitkilər aləminin müxtəlifliyinin müşahidə edilməsi idi. Hər bir qrup tərəfindən məktəbyanı sahədə müxtəlif bitki şöbəsi olan çılpaqtoxumlu və örtulütoxumlu  bitkilərin bir birindən fərqini oxşarlıqlarını müqayisə etmək idi. Şağirdlər tapşırığı yerinə yetirmək üçün ətrafda rast gəldikləri adi şam ağacının qonur, qırmızımtıl, yaşılımtıl-sarı qozalarını diqqətlə müşahidə  etdilər. Və qonur qozaların hər pulcuğunda 2 ədəd toxumun olmasını və qanadcıqlı olmasını gördülər. Sonra örtülü toxumlu bitkilərin də nümayəndələri olan gilas, heyva ağaclarını və ot bitkisi olan zəncirotunu, bağayarpağı, yonca bitkilərini müşahidə etdilər. Bu bitkilərdə toxumun xaricdən meyvəyanlığı ilə əhatə olduğunu bir daha öz gözləri ilə gördülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi