Biologiya aylığına start verildi

Noyabr ayının 1-dən 245 nömrəli məktəbdə biologiya aylığı başladı. Aylığın birinci həftəsi “ Gələcək nəsilləri talassemiyadan qoruyaq” başlığı altında keçirilir.Bu həftə ərzində məktəbliləri maaarıfləndirmək məqsədi ilə şagirdlərin layihələrinin təqdimi ilə başladı. Sonra həmin mövzuda dəyirmi masa keçirildi. Yaxşı işlər seçildi, təlimatçı qruplar yaradıldı və bu qruplar hazırladıqları bukletlər və təqdimatlarla birlikdə siniflərdə təşviqat və maarifləndirmə işləri apardılar. Noyabrın 4-də məktəbdə şagirdlər ərazidə yaşayan talassemiya xəstəsinə yardım məqsədi üçün satış təşkil etdilər. Həmin gün həm də Talassemiya Mərkəzindən gələn həkimlə yuxarı siniflərin görüşü keçirildi. Noyabrın 4- də isə məktəbdə müəllimlərin və valideynlərin iştirakı ilə qanvermə aksiyası keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi