2 aprel - “Dünya Autizm Günü” nə həsr olunmuş "Mənim öz dünyam var" adlı tədbir keçirilib

Autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi “Dünya Autizm Məlumatlandırma Günü” kimi qeyd olunur.

Aprelin 1-də Kiçik Akademiyanın üzvü 6-cı sinif şagirdi Leyla Aydınlı İnklüziv təhsil layihəsi çərçivəsində “02 aprel – Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Mənim öz dünyam var” adlı yekun maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd inklüziv təhsili tanıtmaq, autizm, daun sindromlu əlil uşaqları cəmiyyətə qazandırmaqdır. Bunun üçün Leyla Aydınlı 5 ay müddətində bütün siniflərdə maarifləndirmə işləri aparmışdır.

Tədbiri açıq elan edən məktəbin direktoru Arzu Azadəliyeva tədbir iştirakçılarını salamlayıb, müasir dövr üçün çox aktual bir mövzuya həsr olunmuş maarifləndirmə tədbirinin keçirilməsi üçün layihəyə dəstək verdiyinə görə kiçik akademiyanın prezidenti Nuridə Həsənova və uşaq birliyi rəhbəri Məsmə Nəcəfovaya təşəkkürünü bildirib.

Daha sonra Leylanın inklüziv təhsil haqqında hazırladığı təqdimatı təqdim olunub. Mövzu ilə bağlı video material nümayiş etdirilib. 4 cü sinif şagirdlərinin təqdimatında Autizm sindromuna həsr olunmuş səhnəcik göstərilib. Uşaqlar birlikdə “Bügün bayram” mahnısını ifa ediblər.

Tədbirdə müəllimlər, valideynlər və kiçik akademiyanın üzvləri iştirak ediblər.

Sonda “Mənim öz dünyam var” adlı maarifləndirici buklet tədbir iştirakçılarına paylanılıb.

Autizm fərqlilikdir. Xəstəlik deyil. Gəlin belə insanlara qarşı anlayışlı olaq. Təkcə bu günlərdə yox , hər zaman onlara qayğıkeş, mehriban yanaşaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi