8 Mart "Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

8 Mart "Beynəlxalq Qadınlar Günü" ölkəmizdə qeyd edilən ən sevilən bayramlardandır. Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır. Qadın həm də cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir, mühəndisdir, şairdir-bir sözlə, zəhmətkeşdir.

Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Övladın anaya kiçik hədiyyə verməsi yəqin ki, hər bir anaya çox böyük sevinc bəxş edər. Bu bayramda daha çox ananın sevinməsi üçün rəsm müəllimi Pərvanə Hüseynovanın təşkilatçılığı ilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.

Bu müsabiqənin keçriliməsində əsas məqsəd şagirdləri həvəsləndirmək və onlarda yaradıcı təfəkkürü artırmaqdır. Hər bir uşaq istedadlıdır, sadəcə bu istedadı üzə çıxarmaq və övladınızı dəstəkləmək lazımdır.

Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlarda qadınlarımızın böyük payı var. Olkəmizə Zəfər sevincini yaşadan oğulları dünyaya gətirən, böyüdüb tərbiyə edən Azərbaycan qadını- sən bu gün bütün xoş sözlərə, təbriklərə layiqsən!

Bayramınız mübarək olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi