Məktəbimizdə "inklüziv təhsilin təbliği və genişləndirilməsi” layihəsinin təqdimatı olub

21 dekabrda keçirilən “Uşaq hüquqları” hakatonunda 245 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Leyla Aydınlı 18 komanda arasında "İnklüziv təhsil" layihəsi ilə iştirak etmişdir. Leyla Aydınlı layihəsini davam etdirmək məqsədilə coğrafiya müəllimi Nuridə Həsənova və uşaq birliyi rəhbəri Məsmə Nəcəfovanın dəstəyi məktəbimizdə "inklüziv təhsilin təbliği və genişləndirilməsi” məqsədilə sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması yönündə maarifləndirmə işi aparmağa başlayıb. Leyla ilk olaraq təhsil aldığı məktəbdən başlayaraq 2,3,4,5,6,7-ci siniflərdə layihə haqqında təqdimat keçirib. O, bu layihənin gələcəkdə genişləndirilərək ölkənin bütün məktəblərini əhatə etməsini müəllim və şagirdlərin diqqətinə çatdırıb və bir sıra təkliflər irəli sürüb. 

Bu baxımdan əlilliyi olan uşaqlar üçün hələ məktəbəqədər təhsilindən başlayaraq digər həmyaşıdları ilə birgə bərabər imkanlar yaradılmalıdır. Leyla çıxışında qeyd edib ki, onun məqsədi sağlamlıq imkanları məhdud uşaqların özəl təhsil müəssisələrində deyil, onlar kimi adi məktəblərdə təhsil almasıdır. Çünki, həmin uşaqlar təlim-tərbiyə prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir.

Tədbirdə əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması sahəsində mövcud maneələr və onların  aradan qaldırılması yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi