“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Biz də hüquqlarımızı tanıyırıq” mövzusunda tədbir keçirilib
Hər il olduğu kimi, bu il də 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkədə “Uşaq hüquqları aylığı” elan edilib.
20 Oktyabr - 20 Noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Biz də hüquqlarımızı tanıyırıq” mövzusunda 245 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş, uşaqların yaşamaq, inkişaf, müdafiə və iştirak hüquqları barədə söhbət aparılmışdır. Uşaqların fikirləri dinlənilmiş və mövzuya dair qısa maarifləndirici təqdimat mümayiş olunmuşdur. Daha sonra aparılan müzakirələrdə “Uşaqların hansı hüquqları var, onlar hüquqlarını necə qorumalıdırlar” kimi suallara aydınlıq gətirilib. Tədbirdə uşaqların hazırladıqları şerlər səsləndirilib, səhnəciklər göstərilib. Bildirilib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Uşaqlar cəmiyyətin həssas təbəqəsidir. Onların hüquqlarının qorunmasına hər kəs diqqətlə yanaşmalıdır.