12 noyabr - Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Noyabrın 12-də 245 nömrəli tam orta məktəbdə "Konstitusiya günü" ilə bağlı tədbir keçirilmişdir. Tədbir sinif otaqlarında maarifləndirici dərs kimi keçirilib. Tədbirdə məktəbin coğrafiya müəllimi Nuridə Həsənova, kitabxana müdiri Sona Əlizadə, uşaq birliyi rəhbəri Məsmə Nəcəfova iştirak edib.
Tarix müəllimi Hüseyn İbrahimov demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən bəhs edib.
O, qeyd edib ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir.