31 mart Azərbaycanlıların Soyqırımı Günü

1918-ci ilin 30 mart-2 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində,eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətdilər. Bu soyqırım nəticəsində Bakıda 12 min, Qubada 16 min, Şamaxıda 8 min azərbaycanlı öldürüldü. Ümumiyyətlə bu qırğınlar sentyabra qədər davam etmişdi, nəticədə isə 50000 müsəlman qətlə yetirilmişdir. İlk dəfə bu hadisəyə siyasi qiyməti Ulu Öndərimiz Heydər Əliyev vermişdir.H.Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart azərbaycanlılara qarşı soyqırım günü elan edilmişdir.Məktəbimizdə bu gün həmin tarixlə bağlı tədbir keçirilmiş. Şagirdlərimiz tərəfindən şəhidlərimiz anılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi