"Son zəng" çalındı

14.06.2016 tarixdə məktəbimizdə "Son zəng" tədbiri keçirildi. İlk olaraq Dövlət Himnimizin sədaları altında bayrağımız yüksəldildi. Daha sonra söz məktəbimizin direktoru İsmayılova Ülviyyə xanıma verildi. O, məzunları təbrik etdi, qədəm qoyduqları yeni həyatlarında hər birinə uğurlar arzu etdi. Ardınca ibtidai sinif şagirdlərimiz şeir və rəqslərlə məzunlarımızı təbrik etdilər. Məşhur müğənnimiz Samira Allahverdiyeva da tədbirimizin qonaqları sırasında idi. Qeyd edək ki, müğənninin oğlu Əli məktəbimizin məzunlarından biridir. Samira xanımın ifasında səslənən məşhur mahnılar tədbirimizə rəng qatdı. Məzunların rəqsləri və çıxışları ilə davam edən tədbir gözəl və maraqlı anları ilə yadda qaldı. Bir daha məzunlarımızı təbrik edir, onlara müstəqil həyatda atdıqları hər addımın onları uğura aparmasını arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi