27 sentyabr - ANIM GÜNÜ
Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ilk dəfə 2021-ci il 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu münasibətlə 245 saylı tam orta məktəbdə anım tədbiri keçrilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndiriliməsi ilə başlayıb.
Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin direktoru Arzu Azadəliyeva qeyd edib ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir”.
Mərasimdə məktəbimizin məzunu I Qarabağ müharibəsində şəhid olmuş Çerneqa Ruslanın anası Böyükxanım ana, II Qarabağ müharibəsində şəhid olmuş Xeyrulla İbrahimovun anası Xalidə ana, şəhid polkovnik-Leytenant Sədi Musayevin qızı məktəbimizin şagirdi Arzu Musayeva, məktəbimizin məzunu qazi Samran Seyidov, Allahyar Məsimaliyev, döyüş iştirakşıları məktəbimizin təsərrufat işləri üzrə direktor müavini Elnur Rüstəmov və riyaziyyat müəllimi Zəfər Rəcov iştirak ediblər.
Şəhid analarımız tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədilər.
Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra şagirdlər tərəfindən Vətən Müharibəsinə həsr olunmuş bədii kompozisiyalar təqdim edilmişdir.
Üzərində xarıbülbül və azərbaycan xəritəsi əks olunmuş tablolar xatirə olaraq fəxri qonaqlara hədiyyə edilmişdir.
Tədbirə Yaşa Azərbaycan mahnısı ilə yekun vuruldu.