Nəriman Nərimanov yaradıcılığı

Azərbaycan xalqının həyatında müstəsna rol oynamış Nəriman Nərimanov ictimai-siyasi xadim olmaqla yanaşı, həm də yazıçı-dramaturq, publisist kimi də qələmini sınamışdır. Onun "Bahadır və Sona" romanı, "Nadir şah" faciəsi, "Şamdan bəy", "Nadanlıq" kimi əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Bu gün 6a sinfinin şagirdləri ilə birgə yazıçının avamlığın törətdiyi bəlalardan bəhs edən "Bir kəndin sərgüzəşti" adlı əsəri ilə tanış olduq. Ümumiyyətlə, Nərimanov yaradıcılığına nəzər saldıq. Yazıçının yaratdığı bir-birindən dəyərli sənət incilərini xatırladıq.

N.Nərimanov deyirdi: "Bir millət özünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi bizim üçün hürriyyətlə bağlıdır".

Zənnimcə, böyük mütəfəkkirin bu fikirləri onun yaradıcılığının ana xəttini təşkil edir.

Nəriman Nərimanov kimi simanı hər millət yetişdirə bilməz. Bunun üçün də gərək millətin aydınlarını daim önə çıxaraq və gələcək nəslə ötürək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi