Vətən müharibəsi qaziləri ilə növbəti virtual görüş

Yanvarın 17-də məktəbin 6f sinif şagirdlərinin İkinci Qarabağ müharibəsi iştirakçısı, hərbi həkim qazi Fərid Məmmədov ilə görüşü keçirilib. 6f sinif rəhbəri Ruhəngiz İmranlının təşkilatçılığı ilə baş tutan bu görüş sayca beşinci idi. Belə görüşlər 6f sinif şagirdləri üçün demək olar ki, ənənəvi hala çevrilib.

Qazimiz yaşadığı 44 günlük müharibə həyatından danışaraq çox həssas məqamlara toxunub. Fərid Məmmədov Tərtər, Talış kəndi, Suqovuşan, Ağdam istiqamətində gedən döyüşlərdə iştirakından, müharibə təəssüratından, yaralanmasından söhbət açıb. Fərid müharibədə iştirak etməyin, illərlə düşmən əsarəti altında olan Azərbaycan torpaqlarının azad edilməsinin özü üçün şərəf, fəxarət olmasını qeyd edib. Hərbi həkimimiz şagirdləri maraqlandıran sualları cavablandırıb. Vətənpərvər olmaq üçün vətəni sevməyin və vəzifə borcunu layiqincə həyata keçirməyin gərəkli olduğunu vurğulayan qəhrəman qazi bugünün şagirdi, sabahın əsgərləri olacaq gənclərə peşəkar hərbçi olmağın başlıca şərtlərindən danışıb, onlara daim öz bilik və bacarıqlarını artırmağı tövsiyə edib.

 “44 gün ərzində hər birimiz Azərbaycan ordusunun hərbi gücünə, əsgərlərimizin qəhrəmanlığına və böyük qələbəyə şahid olduğumuza görə çox xoşbəxtik”, - deyə bildirən məktəbin direktoru Arzu Azadəliyeva kollektiv adında vətən uğrunda canından keçərək şəhid olanlara Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyib. Onların Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacağına əminliyini ifadə edib.

Sonda böyük tarixi qələbədə Azərbaycan gəncliyinin xüsusi rolu olduğunu qeyd edərək, qazimizə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi