Qazilərlə silsilə görüşlər davam edir

Şagirdlərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onları Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları ilə tanış etmək məqsədilə qazilərlə silsilə görüşlər təşkil edilir. Növbəti görüşün qonağı yanvarın 10 da qazi Orxan Babayev olub. Görüşdə məktəbin psixoloqu Xavər Rzayeva, uşaq birliyi rəhbəri Məsmə Nəcəfova, kitabxanaçı Sona Əlizadə iştirak ediblər. Orxan Babayev döyüşdüyü ərazilərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açıb. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz bu döyüşlərdə xalqın dəstəyinin, Vətən sevgisinin ona yardımçı olmasını dilə gətirib. Vətən müharibəsində kəşfiyyatçı qismində iştirak edən qazimiz Vətənin hər bir qarışının böyük şücaət, əzm və qəhrəmanlıq hesabına alındığını dilə gətirib.

Qazi Orxan Babayev müharibədə hər bir döyüşün mürəkkəb olduğunu, İstər Şuşa, istər Cəbrayıl, istərsə də digər döyüşlər getmiş ərazilərimizin yalnız qəhrəmanlıq, yüksək şücaət hesabına geri qaytarıldığını söyləyib.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamına əsasən Orxan Babayev “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Qazimiz şagirdləri maraqlandıran sualları cavablandırıb.

Azərbaycan dili və ədəbiyyat müəllimi Rühəngiz İmranlı sonda Vətən müharibəsində qazandığımız qələbənin igid oğullarımızın, qazilərimizin, şəhidlərimizin qəhrəmanlığı, böyük səbrin və müdrik siyasətin sayəsində olduğunu vurğulayıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi