İkinci Qarabağ müharibəsində yaralanmış qazilərlə onlayn görüş keçirilib

245 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rühəngiz İmranlı 6 f sinfinin şagirdləri ilə hər həftə İkinci Qarabağ müharibəsində yaralanmış qazilərlə onlayn görüş təşkil edir. Yanvarın 9-da keçirilən növbəti görüşdə qonaq qazi Kamil Vəliyev olub. Əvvəlcə Kamil Vəliyev könüllü olaraq cəbhəyə getməsindən, əsasən Şuşada iştirak etdiyi döyüşlərdən, yaralanmasından söhbət açıb. Noyabrın 6-da ayağından yaralanıb. Kamil onunla çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, şəhidlik zirvəsinə ucalan döyüş dostlarını da ehtiramla yad edib. Kamilin atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamına əsasən Kamil “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi şagirdlərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.

Qazimiz müharibə ilə bağlı xatirələrini bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi