Qanayan yaramız-Xocalı
Tarixdə elə faciələr var ki, illər keçsə də, əsrlər ötsə də heç vaxt unudulmayacaq, qaysaq bağlamayacaq, acısı dinməyəcəkdir. Xocalı faciəsi də Azərbaycan tarixinin dinməyən acısı, sağalmayan yarasıdır. 1990-cı il 26 fevral kiçik bir Azərbaycan rayonunda baş verənlər bütün dünyanı dəhşətə gətirdi. O gecə bir xalqa sadəcə soyqırım edilmədi, bir xalqın mübarizə əzmini, vətən sevgisini, qəhrəmanlığını məhv etməyə, qürurunu, vüqarını, mənliyini tapdalamağa çalışdılar.
25.02.2020 tarixində məktəbin akt zalında Qayıbova Hicran müəllimin təşkilatçılığı, 4b sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi bu faciəni gələcək nəsillərə bütün dəhşəti ilə çatdırmaq, böyüməkdə olan yeni nəslə necə bir düşmənlə savaşmalı olduqlarını başa salmaq idi.
Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Xocalı faciəsi barədə söhbət açıldı, Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətləri tarixi faktlarla vurğulandı. Şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Fonda səslənən həzin musiqi, şagirdlərin səhnəciklərə uygun geyindikəri libaslar, söylənilən tük ürpərdici şeirlər, nəğmələr, bayatılar tamaşaçıları göz yaşlarına boğdu. Balaca vətənpərvərləri emosiyasız dinləmək qeyri-mümkün idi. 4 b sinif şagirdləri tədbiri olduqca mübariz bir ruhda sonlandırdılar.
Tədbirin sonunda məktəbin direktoru Arzu Azadəliyeva tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi. Geriyə heç bir yolumuzun olmadığını, irəli aparan bütün yolların isə Qarabağdan keçdiyini söylədi.