"Şəhidlər unudulmur" adlı kompozisiya

    16.01.2020-ci il tarixində məktəbin kitabxanasında RUGİM- in məktəbdə fəaliyyət göstərən “ Gənc diyarşünadlar” dərnəyinin rəhbəri Nəzakət İbrahimovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümümə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şagirdlər qanlı yanvar haqqında geniş məlumat verdilər, şeirlər söylədilər. Daha sonra onlar 20 Yanvar faciəsinə aparan yolun azərbaycanlıların Ermənistandakı tarixi torpaqlardan qovulması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi olduğu çəsələsinə də toxundular. Dəyirmi masada məktəbin direktoru Arzu Azadəliyeva, direktor müavini Rübabə Əhmədova, “Məktəblinim dostu” layihəsinin məktəbdəki qrup rəhbəri Həsən Əhmədov və kitabxana müdiri Sona Əlizadə də iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi