
- Əzizə İsmayılova Damət
- Vəzifə: İbtidai sinif müəllimi
- Fənn: Rus dili
- Bitirdiyi təhsil müəssisəsi: ADU
- Təvəllüd: 16.03.1963
- İlk fəaliyyət ili: 16.09.1991
- E-mail: —
İsmayılova Əzizə Damət qızı 16mart 1963-cü ildə Ağdam şəhərində müəllim ailəsində anadan olmuşdur. Atası Ələsgərov Damət Miri oğlu xarici dil müəllimi, anası Ələkbərova
Pəriş Müzəffər qızı ədəbiyyat müəllimi olmuşdur.
1970-ci ildən 1980-ci ilə kimi Ağdam şəhəri Zoya Kosmedimyanskaya adına 2№li beynəlmiləl orta məktəbdə , eyni zamanda Ağdam şəhər 1№-li musiqi məktəbində oxumuşdur. Hər iki məktəbi əla qiymətiərlə bitirmişdir. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş,1985-ci ildə
bitirmişdir.
1990-cı ilin fevral ayından bu günə qədər Əsəd Ələsgərov adına 244 saylı mək- təbdə ibtidai sinif müəllimi işləyir.1995-ci ildən 2010-cu ilə qədər məktəbdə ibtidai siniflər üzrə metodbirləşmə sədri vəzifəsində işləmişdir.
2001-ci ildən YAP-nın üzvü, eyni zamanda Binəqədi rayonu 244 saylı tam orta məktəb üzrə ilk özəl təşkilatın sədr müavinidir.2015-ci ildən həmin məktəbin ,,Qadınlar
Şurası,, nın üzvüdür.
2000-ci ilin may ayında keçirilmiş ,,Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı,, ili çərçivəsində keçirilən ,,İlin ən yaxşı kabineti,, müsabiqə-
sində 1-ci yer tutmuş, 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutu ,,Müəllim,,nəşriy-
yatı tərəfindən dərc olunmuş ,,Xəbərlər,, elmi-metodik jurnalının 2-ci buraxılışında ,,Nitq mədəniyyəti başlıca məqsəddir,, adlı məqaləsi dərc olunmuşdur.