"Müasir metodiki xidmətin təşkili"

01.02.2023-cü ildən Bakı şəhəri Binəqədi rayonu Ə.Ələskərov adına 244 saylı məktəbdə "Müasir metodiki xidmətin təşkili" adlı layihə çərçivəsində metodist xidməti göstərilməyə başlayıb. Layihə çərçivəsində metodiki xidmət göstərəcək məktəbin ibtidai sinif müəllimi Sofiyeva Günay kollektivə təqdim edildi. Görüşdə məktəbin direktoru Yəhya Abbasov və kollektivin üzvləri müəllimi təbrik edərək ona uğurlar arzuladılar.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycanın Respublikası Təhsil İnstitutunun birgə həyata keçirdiyi layihənin məqsədi təhsilverənlərin metodiki və pedaqoji bacarıqlarını inkişaf etdirmək, onlara bu istiqamətdə dəstək göstərməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi