“Kiçik Tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 21.11.2019-cu il tarixli F-436 nömrəli Əmrinə müvafiq olaraq “Kiçik Tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi.  Müsabiqənin keçirilməsinin məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiyalar”da, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdır.  Əmrə müvafiq olaraq 2.12.2019-cu il tarixində 243 nömrəli tam orta məktəbin ll-IV sinif şagirdlərinin iştirakı ilə “Sağlam həyat-xoşbəxt həyat” mövzusunda tədqiqat işi aparılmışdır. . Şagirdlər sinif müəllimləri  B.Bəyaz,M.Vüsalə və Z.Rübabə tərəfindən istiqamətləndirilərək, komandalar şəklində mövzu ətrafında tədqiqat işlərini müzakirə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi