"Bullinq nədir?!" adlı maarifləndirici seminar keçirmişdir

25.11.2019-cu il tarixində  məktəbin V-IX sinif şagirdlərinə məktəbin direktor əvəzi Alməmmədova İlhamə və tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban tərəfindən "Bullinq nədir?!" adlı maarifləndirici seminar keçirmişdir. Seminarda bullinqin öhdəsindən necə gəlməli və bullinqə məruz qalan zaman özünə necə nəzarət etməyin yollarından danışıldı.Seminarda qeyd edildi ki, məktəbdə tez-tez rast gəlinən hadisələrdən biri də bullinqdir. Yəni məktəb cəmiyyətinin ən zəif üzvünün aqressiv şəkildə təqib edilməsidir. Bullinqin səbəbləri çox fərqli ola bilir: bullinqi həyata keçirənlər bullinqə məruz qalanın valideynlərindən, maddi durumundan, yaxşı oxumasından, danışıq tərzindən, geyimindən və ya hətta saç düzümündən belə xoşlanmaya bilər. Bulinqin əsas səbəbi bullinqi həyata keçirənin həsədi və ya onun zəif olanın hesabına özünü təsdiq etmək istəyidir.
Sonda şagirdlərlə müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı.
Seminarı təşkil etməkdə əsas məqsəd ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi