"Şanlı tariximiz" mövzusunda ədəbi-bədii kompozisiya keçirilmışdir

Bu gün məktəbimizdə 9 noyabr-Azərbaycan Bayrağı Gününə həsr olunmuş "Şanlı tariximiz" mövzusunda ədəbi-bədii kompozisiya keçirilmışdir. Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərdə vətənpərvərlik hislərinin yüksəldilməsi,milli-mənəvi dəyərlərimizə hörmət hissinin və dövlət atributlarının böyüməkdə olan nəslimizin arasında təbliği olmuşdur.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Çıxış edənlər Azərbaycan bayrağının milli ləyaqət simvolumuz olduğunu, onu başı üzərində uca tutmağın, vüqarla dalğalandırmağın hər bir azərbaycanlının şərəf borcu olduğunu qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi