"Gənc fiziklər" sertifikata layiq görüldülər

Aprel ayının 6-sı Azərbaycan Texniki Universitetində “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin Bakı şəhəri üzrə final mərhələsi keçirildi. Azərbaycan Respublikasının Himni ilə başlayan tədbiri giriş sözü ilə açan Universitetin rektoru Havar Məmmədov bu mərhələyə keçmiş şagirdləri təbrik etdikdən sonra Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Azərbaycan Texniki Universitetin rəhbəri və kollektivinə müsabiqəsin keçirilməsi üçün yaratdığı şəraitə görə təşəkkür etdi.adıçəkilən müsabiqə Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 yanvar 2016-cı il tarixli 12 nömrəli əmri ilə elan edilmişdir.Bakı şəhəri ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin təhsil müəssisələrində təşkil edilən birinci mərhələsi 22 yanvar-12 fevral 2016-cı il tarixlərində, Bakı şəhərinin rayonları üzrə ikinci mərhələsi isə 15 fevral-05 mart 2016-cı il tarixlərində keçirilmişdir.Müsabiqənin əsasnaməsinə əsasən tərkibi 3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq fizika fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 praktiki işi yerinə yetirmişlər. Qaliblər ekspert qrupu tərəfindən 5 bal sistemi ilə müəyyənləşdirilmiş, çox bal toplayan komandalar qalib hesab olunmuşdur.Tədbirdə final mərhələsində iştirak edən 24 komandanın tərkibində olan ümumilikdə 72 şagirdə Azərbaycan Texniki Universiteti tərəfindən Sertifikatlar təqdim olundu. Məktəbimizin 8-ci sinif şagirdi Mirzəyev Vahid,9-cu sinif şagirdi Eyyubova Gülşad, 10-cu sinif şagirdi Piriyev Vaqif də bu müsabiqənin final mərhələsində iştirak edərək sertifikatlara layiq görüldülər. Bu münasibətlə məktəbimizin şagird və işçi heyəti adından şagirdlərimizi təbrik edirik.Uğurlarının daha da artmasını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi