Ümumrayon Bahar tədbirində məktəbimiz də iştirak etdi

Pirallahı rayonunda ulu Novruza həsr olunmuş ümumrayon Bahar bayramına martın 18-də Gənclər Parkında start verildi. Günorta saatlarından etibarən üçrəngli bayraqlarla, eləcə də mavi, qırmızı və yaşıl lentlərlə bəzədilmiş mərkəzi küçə boyu hərəkət edən milli geyimli atlılar sakinləri bayram tədbirinə dəvət etdilər. Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, mədəniyyət ocaqları öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgilər düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Bu sərgidə məktəbimiz də əl işlərindən ibarət sərgi hazırlamışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi