"Vətənin qəhrəman oğulları" mövzusunda sinif təşkilat saatı keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq mart ayının 29-da Nuranə İbrahimovanın təşkilatçılığı ilə 7"a" sinfində "Vətənin qəhrəman oğulları" mövzusunda sinif təşkilat saatı keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığınlın formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir. Sinif rəhbəri tərəfindən ermənilərin törətdiyi dəhşətlər, onların insanlığa sığmayan əməlləri, ana-bacılarımızın, körpə və qocaların, ümumilikdə bütün xalqımızın başına açdıqları müsibətlər barədə geniş danışılıb. Daha sonra şagirdlər tərəfindən qəhramanlarımıza həsr edilmiş şeirlər ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi