31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa keçirildi

29 mart 2019-cu il tarixində 243 nömrəli tam orta məktəbdə Alməmmədova İlhamə və Qurbanova Tükəzban müəllimələrin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa keçirildi. Dəyirmi masada çıxış edən məktəbin direktor əvəzi Alməmmədova İlhamə və tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban 31 mart soyqırımının Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində ermənilər tərəfindən törədilən ən dəhşətli hadisə olduğunu, insanların milli mənsubiyyətinə görə heç bir fərq qoyulmadan kütləvi surətdə qətlə yetrildiyini şagirdlərə bildirdilər.Sonda 31 mart soyqırımı ilə bağlı videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi