"ANA HARAYI" ABİDƏSİNƏ ZİYARƏT EDİLDİ

1992–ci ilin fevralın 25-dən 26-na keçən gecə yer üzündən silinən Xocalı şəhəri indi paytaxtımızda bir abidə ilə əbədiyyətdən bizə sarı boylanır. Xocalıların tək təsəlli yeri olan bu daş abidənin özü də ağır bir yük daşıdığının fərqindədirmi görəsən?.. Xocalı 24 ildə bizdən cəmi bir dayanacaq uzaqlaşıb. O dayanacağın adı isə Xocalı yox, düşmənimizin özü kimi qondarma ad verdiyi “İvanyandır”.Məscidləri kilsə, evləri günçıxana yox, günbatanadır. Çünki orada Xocalının qatilləri yaşayır, “yaradır”. Əgər buna yaşayıb-yaratmaq demək mümkünsə... Bu gün məktəbimizin işçi heyəti Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinə ziyarət etmişlər. Abidənin qarşısında şəhidləri 1 dəqiqəlik sükutla yad edərək, kompleksin qarşısına qərənfillər düzmüşlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi