XOCALI SOYQIRIMINI UNUTMA!

25.02.2016-cı il tarixində 243 №-li məktəbin yaradıcılıq otağında "Xocalı soyqırımını unutma!" adlı tədbir keçirildi. Tədbir Xocalı şəhidlərinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra söz müharibə iştirakçısı olan Azərbaycan hərbi hava qüvvələrinin kapitanı, məktəbin hərbi rəhbəri X.Əsgərova verildi. O, öz döyüş xatirələrini bölüşdü. Davamında Xocalı qətliamını əks etdirən video - slayd nümayiş edildi. İlk olaraq 5-ci sinif şagirdləri N.Eyyubova və S.Mövsümzadənin ifasında "Xocalı adlı bir şəhər yer üzündən silindi" şeiri söylənildi. Sonra 8-ci və 9-cu sinif qızlarından ibarət xor ansamblı "Vətən anadır" mahnısını təqdim etdi. Ardında VIII sinif qızları "Yaralı ağaclar,şəhid ağaclar" şeirini söylədilər. Sonra xor ansamblı "Şəhidin arzuları" mahnısını oxudu. Mahnıdan sonra V sinif qızları "Xocalının gül balası" şeirini söylədilər. Tədbirin son şeirini S.Əliyeva (IV sinif) söylədi və məktəbin müxtəlif sinif şagirdlərinin ifasında "Gəlin dönək evə" səhnəciyi təqdim olundu. Səhnəcik Xocalıda ailəsini itirmiş Əfəndiyeva Sona Səfər qızının faciəsini əks etdirir. Sonda bütün iştirakçılar "Gəlin dönək evə" mahnısını oxudular. Sonda tədbiri bağlamaq üçün çıxış məktəbin direktoru V.B.Tarverdiliyə verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi