"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilmişdir

 243 nömrəli tam orta məktəbdə Pirallahı Rayon Polis Şöbəsi ilə birlikdə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirildi.Tədbirdə Poliş Şöbəsinin əməkdaşları, səhiyyə müəssisəsinin nümayəndələri,məktəb rəhbərliyi və məktəblilər iştirak etdilər.Tədbiri giriş sözü ilə məktəbin direktor əvəzi İlhamə Alməmmədova açaraq qonaqları təqdim etdi. Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov  öz çıxışında son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artdığını qeyd etdi və çoxsaylı tədbirlərin həyata keçirildiyini vurğuladı.
Tədbirdə Pirallahı Poliş Şöbəsinin Narkotiklə Mübarizə qrupunun əməkdaşı Elnur Rəşidov çixışında bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. 
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva çıxış edərək narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını maarifləndirdi.
Tədbirdə digər çıxış edənlər öz çıxışları zamanı narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi