"Azərbaycan tarixi" dərsləri vətəndaşlıq dərsləridir

243 №li məktəbin yaradıcılıq otağında ümum rayon tədbiri keçirildi. Bakı şəhəri baş təhsil idarəsinin nümayəndəsi Ziyadxan müəllim tədbiri açıq elan etdi və mövzunu açıqladı. İlk olaraq 243 №li məktəbin tarix müəllimi F.Hüseynov məruzə ilə çıxış edərək. Azərbaycan tarixi dərslərində vətəndaşlıq və vətənpərvərlik mövzusuna toxundu. İkinci çıxış 168 №li məktəbintarix müəllimi Sadıxova Səkinəyə təqdim olundu. O da fənn tədrisində kurikulum üsulu ilə dərsin təşkili haqqında ətraflı danışdı. Növbəti çıxışla 231 №li məktəbin tarix müəlliməsi Əlyarova Vüsalə tribunaya dəvət aldı. Vüsalə müəllimə tarix dərsinin tədrisində pedaqogika və psixologiyanın vəhdətindən yanaşaq dərsin təşkilindən danışdı. Sonra 243 №li məktəbin Ana dili və Ədəbiyyat müəllimi çıxış edərək tarix və ədəbiyyat dərslərinin əlaqəsindən danışdı. Milli ruhun və vətənpərvərliyin aşılanmasını tövsiyə etdi. Sonra bütün məktəb direktorları o cümlədən Pirallahı rayon icra hakimiyyətinin nümayəndəsi C.Mirzəyev müəllim də çıxış edərək belə tədbirlərin vacibliyi haqqında danışdılar. Sonda 231 №li məktəbin şagirdlərinin ifasında səhnələşdirilmiş "Gülüstan" poeması (B.Vahabzadə) və 243 №li məktəbin şagirdi A.Məmmədovanın ifasında "Vətən" şeiri təqdim olundu. Vətənpərvərlik mövzusunda videolent nümayiş edildi. Tədbiri 243 №li məktəbin direktoru V.Tarverdili son çıxışla tamamlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi