Pirallahı məktəbliləri üçün “Memorial Soyqırımı Muzeyi”nə ekskursiya təşkil olundu

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 29 yanvar 2016-cı il tarixli 07 saylı Sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın icrası ilə bağlı yeniyetmə və gənclərin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yaddaşının möhkəmləndirilməsi məqsədilə 19 fevral 2016-cı il tarixində Pirallahı rayonunun 168 və 243 nömrəli tam orta məktəblərin şagirdlərinin “Memorial Soyqırımı Muzeyin” ziyarəti təşkil edildi.Muzeyin əməkdaşı tərəfindən muzey barədə məktəblilərə ətraflı məlumat verildi. Sonda şagirdlər muzeyin akt zalında Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsgərlərlə görüşündən və milli qəhrəman Mübariz İbrahimovdan bəhs edən videoçarxa baxdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi