Sınaq qiymətləndirilməsi keçirildi

Məktəbdə IX sinif şagirdlərinin Ana dili , Riyaziyyat, İngilis dili fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə sınaq qiymətləndirilməsi keçirildi.
Monitorinqdə nəzarətçi-müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri-ixtisas fənlərindən təyin olundu.Hər bir fənn üzrə 30 sual olmaqla 2 variantda sual kitabçaları tərtib olunmuşdu. İmtahan vaxtında yekunlaşdı.Nəzarətçi-müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olundu. Monitorinqdə IX siniflərdə oxuyan 37 nəfər şagirdin hər biri iştirak etdi.
Sınaq qiymətləndirilməsi saat 10:00- da başlayıb, 12:00- da başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi