"Doğru addım at!"adlı viktorina keçirildi

“Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” nın 13.9.4-cü bəndində təhsil və tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində məktəbimizdə bir sıra silsilə tədbirlər keçirilmişdir.
243 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzbanın təşkilatçılığı ilə 8-9 siniflər üzrə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə istiqamətində maarifləndirmə məqsədilə "Doğru addım at!"adlı viktorina keçirildi. Tədbirdə Pirallahı rayonu üzrə Qızıl Aypara Cəmiyyətinin sədri Təranə İsgəndərova və məktəbin direktoru Alməmmədova İlhamə və diğər qonaqlar iştirak etdilər.Tədbirin sonunda Pirallahı rayonu üzrə Qızıl Aypara Cəmiyyətinin sədri Təranə İsgəndərova və məktəbin direktoru İlhamə Alməmmədova qalib olan komandanı təbrik edib,rəğbətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi