QASIM BƏY ZAKİRİN 230 İLLİYİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ

Məktəbin Ədəbiyyat otağında təşkil olunan bu tədbiri ilk olaraq Ana dili və Ədəbiyyat fənnini tədris edən Ş.R.Şabanova öz çıxışı ilə açıq elan etdi.Azərbaycan bölməsinin VIII sinif şagirdləri mövzu üzrə çıxışlar hazırlamışdı. Qasım bəy Zakirin həyatını, onun siyasi fəaliyyətini əks etdirən məqalələr ilə A.Kazımova, S,Rüstəmova, E.Zabraliyev, V.Mirzəyev, Ş.Əliyev çıxış etdilər. Şairin yaradıcılığını əks etdirən çıxışlarla isə Ü.Nəcəfli, F.Dadaşova, A.Məmmədova, A.Şəbiyeva dinlənildi. Daha sonra B.İsmayılovun ifasında "Durnalar", A.Əzizzadənin ifasında "Bax" rədifli qoşmalar təqdim olundu. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İ.M.Alməmmədova və uşaq birliyi rəhbəri Z.H.Zabraliyeva iştirak edirdilər. Sonda fənn müəllimi Ş.R.Şabanova şagirdlərin hazırladığı çıxışlara əlavələr etdi və dəyirmi masa 1 dərs saatının zamanında başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi