Budo Döyüs Növləri üzrə Dünya Kubokunun qalibi

06-09 dekabr 2018- ci il tarixlərində Baku Sport Palace (Əl Oyunları İdman Sarayında) Budo Döyüş Növləri üzrə Dünya Kuboku keçirilmişdir. Dünya Kubokunda Azərbaycan, Pakistan, İraq, Hindistan, Gürcüstan, İran, Türkiyə, Rusiya, Belorusiya və Ukraynadan olan idmançılar iştirak etmişdir.
500- dən yuxarı idmançının iştirak etdiyi bu yarış müxtəlif çəki və qaydalar üzrə keçirilmişdir.
Bu kubokda Azərbaycanı təmsil edənlərdən biridə 243 nömrəli tam orta məktəbin IX sinif şagirdi  Qurbanov Dilqəm idi. Qurbanov Dilqəm 2004- ci il təvəllüdlü idmançılar arasında 60 kq çəki dərəcəsində birinci yerə layiq görülərək qızıl medal və diplomla təltif olunaraq dünya kubokunun sahibi olmuşdur. Bu uğurlu nailiyyətə görə məktəb rəhbərliyi adından  Dilqəmi təbrik edir, uğurlarının  həmişə bol olmasını və  daha da yüksək yarışlarda nailiyyət qazanmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi