" Şəkərli diabet xəstəliyinin profilaktikası"mövzusunda seminar keçirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "2016-2020-ci illər üçün Diabet xəstəliyi üzrə Dövlət Proqramı"na əsasən 07.12.18-ci il tarixində məktəbdə seminar keçirildi. Seminarda direktor vəzifəsini müvəqqəti icra edən Alməmmədova İlhamə ,direktor müavini Qurbanova Tükəzban , məktəbin tibb işçisi Mustafayeva Gülnarə və V, VI sinif şagirdləri iştirak etdilər. Məktəbin tibb işçisi " Şəkərli diabet xəstəliyinin profilaktikası" ilə bağlı uşaqlara geniş məlumat verdi.Sonda məktəb rəhbərliyi bildirdi ki,bu mövzular ətrafında bütün siniflərdə uşaqlarla tibb işçiləri mütəmadi olaraq, sanitar maarifləndirici söhbətlər keçirir. Valideyn iclaslarında da bu cür xəstəliklərin əlamətləri barədə söhbətlər aparılır və uşaqların həkim müayinəsindən vaxtında keçirilməyinin zəruri olduğu bildirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi