"Qobustan dövlət təbii-bədii qoruğu”na ekskursiya

Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq məqsədilə 5b sinif şagirdləri  "Qobustan dövlət təbii-bədii qoruğu”na ekskursiyaya getmişdirlər.Şagirdlərlə birlikdə sinif rəhbəri Mütəllimova Elmira ölkəmizin maddi-mənəvi dəyəri olan Qobustan Dövlət Qoruğu haqqında şagirdlərə geniş məlumat vermişdir.. Şagirdlər muzeydə sanki bir canlı film izləmiş oldular. Onlar üçün bu qoruq və muzeydəki tarixi səhnələrin həyat tərzi həyəcanlı anlar yaşadırdı. Hər bir eksponat, keçmiş insan sümüyünün qalıqları, müxtəlif məişət əşyaları, boyunbağları maraqlarını cəlb edirdi. Muzeyi gəzdikdən sonra tarixi qayalığa gəzinti ilə davam edən uşaqlar hər qayanın, quyunun bir tarixinin olduğunu öyrəndilər. Qayaüstü rəsmlər, qaval daşları ən çox marağa səbəb oldu. Hətta şagirdlər gördüklərindən ilhamlanaraq müxtəlif görməli yerlərində müəllimlərilə bərabər xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi