“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası

Pirallahı məktəbliləri Lənkəran-Masallı-Lerik-Astara rayonlarına yola düşdülər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən  «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Pirallahı rayon məktəblilərinin Lənkəran-Masallı-Lerik-Astara rayonlarına səfərləri ilə əlaqədar yola salınma mərasimi keçirildi. Yola salma mərasimində çıxış edənlər məktəblilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salındılar. Bu turda 243 nömrəli məktəbin IX-XI sinif şagirdləri də iştirak etdilər.İnanıram ki, bu rayonların təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, onların Vətənini, dövlətini sevən bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi