İstiqlal muzeyinə ekskursiyası

Ekskursiyalar şagirdlərin tədris olunan fənləri daha yaxşı qavramasına, dünyagörüşünün formalaşmasına imkan verir. Bu baxımdan çalışırıq ki, onlar belə ekskursiyalarda daha çox iştirak etsinlər. Belə ki, məktəbin VIII - IX sinif şagirdləri üçün tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbərinin təşkilatçılığı ilə "İstiqlal” muzeyinə ekskursiyası təşkil olundu.Qeyd edək ki, muzeyin ekspozisiyası 6 zalda yerləşdirilib. 1-ci zalda Azərbaycanın dövlət rəmzləri – ölkəmizin üçrəngli bayrağı, Dövlət Gerbi, Dövlət himni və Dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur,2-ci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir, 3-cü zalda Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarından danışılır, 4-cü ekspozisiya zalı isə iki hissədən ibarətdir. Birinci hissəsi ötən əsrin 20-30-cu illərində Azərbaycanda repressiyaya məruz qalan görkəmli şəxsiyyətlər haqqında məlumat verir. Zalın digər bölməsi II Dünya müharibəsində ölkəmizin qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdiyi şücaəti əks etdirir. 5-ci zal Qarabağ hadisələrinə həsr olunub, 1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya dəvət olunur və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumatı muzeyin ziyarətçilərinə 6-cı zalda geniş məlumat verilir. Burada ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar diqqəti cəlb edir.
Bu ekskuriya şagirdlərin yaddaşında xoş xatirə kimi qalmışdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi