Payız tətili ekskursiyası

Şagirdlərin dünyagörüşünün artırılması, mədəni dəyərlərimizlə yaxından tanış olması məqsədilə məktəbin 5a sinif şagirdləri "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ekskursiyada oldular. Ekskursiya zamanı sinif rəhbəri və tarix müəllimi Cahangirova Arzu şagirdlərə qoruq haqqında ətraflı məlumat verdi. Şagirdlər qədim yaşayış məskənləri ilə tanış oldular. Onlar həmçinin tarixi qaya rəsmləri, qədimi əşyalar, pul sikkələri, saxsı qablar, qədim dövrlərdə toxunan xalçalar haqqında məlumat aldılar. Son olaraq qoruq ərazisində yerləşən etnoqrafik həyətlə tanış olan şagirdlər buradan xoş təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi