Gənclər gününə həsr edilmiş "GƏNCLİYİN SƏSİ" adlı tədbir keçirildi

2 fevral — Azərbaycan Gəncləri Günü 1997-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Bu münasibətlə məktəbimizdə Dil-Ədəbiyyat fənnini tədris edən Ş.R.Şabanova dərs dediyi 5-ci siniflə bədii kompozisiya hazırlamışlar.Tədbiri ilk olaraq Şəlalə müəllimə öz nitqi ilə açdı. Sonra tədbirdə iştirak edən gəncləri təbrik etmək üçün sözü beşincilərə verdi. Şagirdlər öz təbriklərini müxtəlif səhnəcik və şeirlərlə çatdırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi