Pirallahı rayonunda 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü qeyd edildi

20 yanvar 2016-cı il tarixində Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksi ziyarət edildi, orada müstəqilliyimizin əldə olunmasında, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu ehtiramla yad edildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəzir Səfixanov və Aparatın məsul əməkdaşları, “Milli Qəhrəmanları Tanıtma” İB-nin üzvü Milli Qəhrəman Vahid Quliyev, 20 Yanvar əlilləri və şəhid ailələri, rayon fəalları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Saat 11.00-da “Vətən uğrunda” abidə-kompleksinin önünə toplaşan tədbir iştirakçıları Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi yolunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbir iştirakçılarına müraciət edən Vəzir Səfixanov qeyd etdi ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 yanvar hadisələri barədə geniş bəhs edən Vəzir Səfixanov xüsusi vurğuladı ki, 1987-ci ildə Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan ulu öndər Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də onu gözləyən bütün təhlükələrə baxmayaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi.Anım tədbirində “Milli Qəhrəmanları Tanıtma” İB-nin üzvü Milli Qəhrəman Vahid Quliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin sədr müavini Mübariz Xudaverdiyev çıxış edərək 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğuladılar.Tədbirdə məktəbimizin müəllim və şagird heyəti yaxından iştirak edərək abidə-kompleksin önünə qərənfillər düzdülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi