"QANLI 20 YANVAR" faciəsindən 26 il ötür...

1990-cı il Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutdu. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular.O gün Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdan 26 il ötür.Dövlətimizə qarşı edilən bu haqsızlıqları, tariximizi unutmasınlar deyə bu gün məktəbizin akt zalında şagirdlərin və müəllim heyətinin iştirakı ilə anım günü keçirilmişdir. İlk öncə bu faciədə həyatlarını itirmiş şəhidlər 1 dəqiqəlik sükutla yad edildi. Sonra çıxış üçün söz məktəbin direktoru V.B.Tarverdiliyə verildi. Vaqif müəllim öz çıxışında şagirdlərə Sovet Ordusunun xalqımıza qarşı törətdiyi Qanlı yanvar faciəsindən məlumat verdi. Daha sonra şagirdlər şəhidlərə aid müxtəlif şeirlər, musiqilər səsləndirdilər. 9cu sinif şagirdi Rəşadın, 11ci sinif şagirdləri Elvina və Vüqarın ifasında İlham və Fərizənin şəhid olmaları qısa səhnəcik olaraq nümayiş etdirildi. Sonda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycana qarşı törətdiyi amansızlıqlara həsr edilmiş videoçarx izlənildi. Bu videoçarx şagirdlərimizi çox təsirləndirdi və onlar göz yaşlarına sahib çıxa bilmədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi