Əlvida ibtidai sinif müəllimim!

Məktəbin Azərbaycan və rus bölməsinin 4-cü sinif şagirdləri "Əlvida ibtidai sinif müəllimim!" adlı buraxılış gecəsi keçirdilər. Tədbirdə məktəbin direktoru, direktor müavinləri, müəllim heyəti və valideynlər qonaq qismində iştirak etdilər. İlk öncə musiqi sədaları altında 4-cülər ilk müəllimləri ilə zala daxil oldular. Sonra Azərbaycan bölməsinin ilk müəllimi R.Zeynalova, rus bölməsinin ilk müəllimi E.Qədirova tədbir iştirakçılarını salamlayaraq, tədbiri açıq elan etdilər. Sonra təbrik üçün söz məktəbin direktoru V.B.Tarverdiliyə verildi. Vaqif müəllim 4-cüləri ibtidai təhsili bitirmələri münasibətilə təbrik etdi, gələcək həyatlarında uğurlar arzu etdi. Sonra 4-cülərin ifasında müxtəlif şeirlər, musiqi nömrələri, şən və hazırcavab klubunun göstədikləri yumoristik səhnəciklər qonaqların zövqünü oxşadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi