Heydər Əliyev Mərkəzinə ekskursiya

May ayının 11-i məktəbimizin tərbiyə işləri üzrə direktor müavini T.V.Qurbanovanın təşkilatçılığı ilə VI- VII-VIII sinif şagirdləri və sinif rəhbərləri Heydər Əliyev Mərkəzinə ekskursiyaya getdilər. Şagirdlər Mərkəzin “Muzey”, “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış oldular. Burada şagirdlərə Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi