Məktəbimizdə "MİLLİ TƏFƏKKÜRÜMÜZƏ, MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ ZİDD TƏZAHÜRLƏRƏ YOX DEYƏK!" başlıqlı dəyirmi masa keçirildi

12.01.2016-cı il tarixində 243№ li tam orta məktəbin IX-XI sinif şagirdləri ilə “ Milli mənəvi dəyərlərimizə zidd olan təzahürlərə yox dəyək” mövzusunda dəyirmi masa keçirilmişdir.Dəyirmi masada məktəb rəhbərliyi: məktəbin direktoru-V.B.Tarverdili,təlim-tərbiyə işləri üzrə direktor müavini-İ.M.Alməmmədova,tərbiyə işləri üzrə direktor müavini-T.V.Qurbanova,psixoloq-L.Y.Yunusova və fənn müəllimləri də iştirak etmişdir.Tədbirin əvvəlində məktəbin direktoru V.B.Tarverdili milli təfəkkürümüzə və milli –mənəvi dəyərlərimizə zidd olan təzahürlər haqqında geniş məlumat ilə çıxış etdi.Tədbirdə mühüm mənəvi dəyərlərimiz olan ana dilimizin qorunması və yaşadılması haqqında danışıldı.Bu mövzuda 5a sinif şagirdi Mütəlimova Elmira Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini ifa etdi. IX sinif şagirdləri Qurbanova Elnarə və Eyyubova Gülşad “Milli- mənəvi dəyərlərimiz və müasir gənclik” mövzusunda hazırladıqları çıxışı təqdim etdilər. Alməmmədova İlhamə və Qurbanova Tükəzban “Milli- mənəvi dəyərlər və ictimai davranış qaydaları ” mövzusu haqqında çıxış etdilər. Tədbirin sonunda UBR-Zabraliyeva Zahidənin hazırladığı milli mənəvi dəyərlər və tariximizi əks etdirən videolent nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi