Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının məktəbdaxili mərhələsi keçirildi

14 aprel 2018-ci il tarixində məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına məktəblilərarası III Məntiq Olimpiadasının məktəb mərhələsi keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək,istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxararaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. Müsabiqədə məktəbin V və VI sinif şagirdləri iştirak etdilər. Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində məntiqi təfəkkürə aid 25 test sualını cavablandırdılar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. Nəticələr yaxın günlərdə elan olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi