“Narkomaniyaya yox deyək!” rəsm müsabiqəsi keçirildi

Dekabrın 25-də Pirallahı Rayon İcra Hakimiyyətində “Narkomaniyaya yox deyək!” rəsm müsabiqəsinin sərgisi keçirildi. Sərgidə məktəbimizin şagirdləri Məmmədova Aysun, Əliyev İbrahim və Əliyev Rəhman öz rəsmlərini nümayiş etdirdilər. Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin şagirdləri, eləcə də ictimaiyyətin nümayəndələri bu tədbirdə iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və digər fəxri qonaqlar sərgi ilə yaxından tanış oldular və bütün sərgi iştirakçılarına yeni-yeni uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi