Şagirdlərimiz  “Ana fəryadı” abidəsini və Memorial Soyqırım muzeyini ziyarət etdilər

Məktəbimizin şagirdləri “Ana fəryadı” abidəsini ziyarət etdilər və Memorial Soyqırım muzeyində oldular. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edən məktəblilər abidə önünə gül-çiçək dəstələri qoyaraq faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad etdilər. Sonra məktəblilər Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində oldular. Ekskursiya zamanı bələdçi muzey haqda məlumat verərək tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir.  Həmçinin şagirdlərə məlumat verildi ki, ermənilər Xocalı əhalisinə qarşı vəhşicəsinə qətliam törədərkən soyqırımın ən iyrənc mərhələsi sayılan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi