Molla Pənah Vaqifin 300 illik yubileyi

Azərbaycan Prezidenti İlham Əliyevin “Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi” haqqında verdiyi Sərəncama əsasən bu gün məktəbimizin kitabxanasında Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vaqif Tarverdili Molla Pənah Vaqif yaradıcılığından danışaraq, onun əsərlərinin bu günümüzlə səsləşməsini Vaqif şəxsiyyətinin və yaradıcılığının böyüklüyü, həmişəyaşarlılığı ilə əlaqələndirdi. O qeyd etdi ki, belə tədbirlərin keçirilməsinin şagirdlərin ədəbiyyata sevgi və marağının artmasında müstəsna rolu vardır. Tədbirdə məktəbin şagirdləri Molla Pənah Vaqifin şeirlərini səsləndirdilər, şairin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi